Simsar.az | bizi özünüzə Simsar bilin
"Fənərbaxça"nın prezidenti barədə istintaq xəbərləri

Aziz Yıldırım oyunları hansı üsulla alırmış?

Türkiyənin “Fənərbağça”nın prezidenti Aziz Yıldırım və klubun yüksək vəzifəli rəsmilərinin dosyelərində onların yalnız danışılmış oyunlarda günahlandırıldıqları müəyyənləşib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dosyedəki 15 fərqli danışılmış oyun olayında adı hallanan Yıldırımın sabiq klub rəsmiləri Saadettin Saran, Hakan Bilal Kutlualp ve Tahir Kıranın telefon danışıqlarını dinlətdiyi üzə çıxıb. 

İstintaq zamanı şübhəlilərin müntəzəm olaraq cib telefonlarını dəyişdirdikləri də məlum olub. Təqribən 50 şübhəli şəxs 8 ay ərzində 400-dək xətt dəyişdirib. Şəxsən Yıldırım 13 fərqli telefon nömrəsində danışıqlar aparıb.

5 İyul, 2011  19:39 Baxılıb: 1665

Bu bölmədə