Simsar.az | bizi özünüzə Simsar bilin
TİMOŞENKONUN MƏHKƏMƏ İŞİ DAVAM EDİR

Ukraynanın keçmiş baş naziri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir

Ukraynanın keçmiş baş naziri və "Batkivşina" müxalifət partiyasının lideri Yuliya Timoşenkoya qarşı məhkəmə prosesi bu gün davam etdirilib. Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə qaz sazişlərinin imzalanmasında vəzifə səlahiyyətlərindən sui-istifadədə ittham edilir. Hazırki Ukrayna hökuməti hesab edir ki, Timoşenko Ukrayna nazirlər kabinetinin rəhbəri olduğu müddətdə ölkəyə ziyan vuran və yüksək qiymətlə mavi yanacaq sazişi imzalayıb. Keçmiş baş nazirə qarşı açılan 3 cinayət işindən 2-si dövlət vəsaitlərinin israf edilməsi ilə bağlıdır. 

Məhkəməyə gələn Yuliya Timoşenko mətbuat nümayəndələrinə daim izləndiyini bildirib. "Sutkanın 24 saatı xüsusi maşınlarla məni güdürlər. Məni olduğum hər yerdə izləyən 20-dən çox avtomobil saymışam. Bundan başqa, mənə, yaxın qohumlarıma və iş yoldaşlarıma aid 17 mobil telefon nömrəsi dinlənilir." - Timoşenko belə deyib.

İşin baxıldığı Peçersk rayon məhkəməsinin hakimi Rodion Kireyev keçmiş baş nazirin "işə baxılmasının başqa vaxta təyin edilməsi" tələbini qəbul etməyib. Yuliya Timoşenko ona qarşı irəli sürülən itthamlarla tanış olmaq üçün lazım olan 3 gün əvəzinə ona 2 gün verildiyini deyib. Hakim isə, öz növbəsində, Timoşenkoya kifayət qədər vaxt verildiyini bəyan edib.

Məhkəmə binasının önündə isə Yuliya Timoşenkonun tərəfdarları etiraz aksiyası keçiriblər.

4 İyul, 2011  22:39 Baxılıb: 1066

Bu bölmədə