Simsar.az | bizi özünüzə Simsar bilin
“Fənərbaxça” tərəfdarları mitinq keçirir

"Sənə yenə baharlar gələcək"

Türkiyə futbol çempionatının 28-ci həftəsində oynanılan “Fənərbaxça” – “Əskişəhərspor” və “Fənərbaxça”nın çempionluğunu elan etdiyi “Fənərbaxça”-“Sivasspor” oyunları polis tərəfindən araşdırılır. 

Türkiyə polisi bu oyunların klub rəhbərləri tərəfindən əvvəlcə razılaşdırıldığını və bu məsələdə futbolçulardan istifadə etdiyindən şübhələnir. Türkiyə mətbuatının məlumatına görə, bu səhər Türkiyə vaxtı ilə saat 7.00-dan etibarən bir neçə ünvanda keçirilən əməliyyatlar nəticəsində 100-ə yaxın futbol dünyasının məşhur simaları həbs olunub. Onların arasında futbolçular, klub rəhbərləri və futbol ictimaiyyətinin bir sıra tanınmışları var.

Həbslərə səbəb isə, “Fənərbaxça”nın çempionluğunun saxta olması, pulla alınması iddialarıdır. Qeyd edək ki, həbs olunanlar arasında “Fənərbaxça” futbol klubunun prezidenti Əziz İldirim, vitse-prezident Şekip Mosturoğlu, klub müdiri İlhan Ekşioğlu,”Əskişəhərspor”un baş məşqçisi Bülənt Uyqun, idman direktoru Ümid Karan, “Gənclərbirliyi”nin qapıçısı, keçmiş “fənərbaxçal” Sərdar Kulbilgə, “Əskişəhərspor”un hücumçusu Ümit Karan da var. Bundan başqa, “Fənər”in bu mövsümdə “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Əskişəhərspor”dan alınan Sezər Öztürk də var.

Bu hadisə fənərbaxçalıları hiddətləndirib. Rəcəb Peker Caddəsi üzərində toplanan bir qrup “Fənərbaxça” tərəfdarı, üzərində "Sənə yenə baharlar gələcək", "Yıkılmayan son qala “Fənərbağça” şüarlarını səsləndiriblər.
Artıq polislər aksiya keçirilən meydanı mühasirəyə alıblar.

4 İyul, 2011  19:30 Baxılıb: 1498

Bu bölmədə