Simsar.az | bizi özünüzə Simsar bilin
Həbs olunan prezident xəstəxanaya düşdü

Türkiyənin “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım xəstəxanaya çatdırılıb.

Simsar.az-ın məlumatına görə, ötən gün danışılmış oyunlar qalmaqalı ilə əlaqədar aparılan əməliyyat çərçivəsində saxlanılmış Yıldırımın səhhəti pisləşib. 

O, ötən gecəni polis idarəsinin binasının yer qatındakı bir nəfərlik kamerada keçirib. Özünü narahat hiss edən klub prezidenti vəkilindən şəkər xəstəliyinə qarşı dərman gətirməsini istəyib. Səhərə doğru halı pisləşən Yıldırım xəstəxanaya göndərilib.

Qeyd edək ki, Aziz Yıldırım telefon danışıqlarının izlənilməsi nəticəsində tutulub. O, “mənfəət güdmək niyyətilə silahlı dəstə yaratma, idarə etmə, cinayət məqsədilə qurulan şəbəkəyə üzv olma” maddələri ilə ittiham edilir. Həbs olunacağı iddia edilən Yıldırım barəsindəki iddialar arasında oyun alma ittihamı da var.

4 İyul, 2011  17:40 Baxılıb: 1374

Bu bölmədə