Simsar.az | bizi özünüzə Simsar bilin
"Qarabağ" Azərbaycan futboluna ən böyük töhfəsini verdi

Komanda 47 pillə irəlilədi

Simsar.az-ın məlumatına görə, Azərbaycanın 402 ən güclü klub arasında yeganə təmsilçisi “Qarabağ” ötən ayla müqayisədə 47 pillə irəliləyib. 

Hazırda 94 xala malik Ağdam komandası “Brügge” (Belçika), “Nitsa” (Fransa) və “Zestafoni” (Gürcüstan) klubları ilə birgə 168-ci pilləni bölüşür. “Qarabağ” bu irəliləyişə Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündə “Banqa” üzərində 4:0 hesablı səfər qələbəsi sayəsində nail olub.

“Qarabağ”ın geridə qoyduğu komandalar arasında “Bolton”, “Fulhem”, “Everton”, “Aston Villa” (İngiltərə), “Latsio”, “Parma”, “Fiorentina” (İtaliya), “Flamenqo” (Braziliya), “Qalatasaray”, “Trabzonspor” (Türkiyə), “River Pleyt”, “Boka Huniors” (İngiltərə), “Panatinaikos” (Yunanıstan) kimi məşhurlardan əlavə, “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Təl-Əviv, İsrail) də var.

Qeyd edək ki, siyahıya 317 xalla Çempionlar Liqasının qalibi “Barselona” (İspaniya) başçılıq edir. “Real Madrid” (İspaniya) 307 xalla ikinci, Avropa Liqasının qalibi “Portu” (Portuqaliya) isə 291,5 xalla 3-cüdür.

4 İyul, 2011  17:27 Baxılıb: 1249

Bu bölmədə