Simsar.az | bizi özünüzə Simsar bilin
Cəbhə xəttində yenə monitorinq

O tərəfdə başqaları olacaq, bu tərəfdə başqaları

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 5-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.

4 İyul, 2011  15:30 Baxılıb: 1117

Bu bölmədə