Simsar.az | bizi özünüzə Simsar bilin
“NEYMAR SANTOSDA QALACAQ”

Bir çox Avropa klublarının transfer gündəliyində olan Neymar da Silvanın menecerindən yeni bir açıqlama gəldi.

Real Madrid, Çelsi, Mançester Siti kimi klubların transfer hədəfində olan Santosun gənc ulduzu Neymar da Silvanın menecerindən məsələ ilə bağlıə açıqlama gəldi. Açıqlamada qeyd olunur ki, qışda start götürəcək klublararası dünya kubokunu qazanmaq istəyən Neymar bunun üçün Santosdan ayrılmaq istəmədiyini və burada qalacağını dilə gətirib.

Məsələ ilə bağlı Globesporte-yə açıqlama verən Santosun prezidenti Riberio: “Neymarın əsas istəyi Santosla birlikdə dünya klublararası dünya kubokunu qazanmaqdır. Amma təbii ki, bu məsələ həm də Neymarın özündən asılıdır. Çünki, Neymar üçün 45 mln avronu ödəməyə hazır olan klublar var” sözlərini söylədi.

3 İyul, 2011  03:14 Baxılıb: 1143

Bu bölmədə