Simsar.az | bizi özünüzə Simsar bilin
Türklər Avropa çempionatının finalında

Bu hadisə ilk dəfədir baş verir

Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, final oyunu iyulun 3-də Polşanın Lodz şəhərində keçiriləcək.

Türkiyə yığması çempionatda əsl sensasiyaya imza atıb. Buna qədər nəinki heç bir zaman finala çıxa bilməyən, hətta 8-ci yerdən yuxarı qalxmayan Türkiyə millisi yarımfinalda keçmiş Avropa çempionları, hazırkı çempionatın favoriti sayılan Fransa millisini 68-62 hesabı ilə yenib.

Rusiya yığması isə Çexiya millisi üzərində 85-53 hesabı ilə inamlı qələbə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının qalibi 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə qazanacaq.

2 İyul, 2011  15:59 Baxılıb: 1108

Bu bölmədə