Keçmiş rəisinin acığına İcra Hakimiyyətinə silahlı basqın etdi
Basqınçı həbs edildi APA-nın Qarabağ bürosunun məlumatına görə, Goranboy rayon sakini, keçmiş polis əməkdaşı, 45 yaşlı Qasımov Rəhman Allahverdi oğlu özünə məxsus qoşalülə ov tüfəngi ilə Goranboy rayon icra hakimiyyətinə basqın edib. Hadisəyə səbəb Rəhman Qasımovun Goranboy Rayon Polis Şöbəsinin rəisi Məhəmməd Məmmədovdan maddi kömək istəməsi olub. Xəstə olduğunu əsas gətirərək maddi kömək istəyən Qasımova hər hansı bir kömək etmək imkanının olmadığı bildirildikdə o evindən qoşalülə ov tüfəngini götürüb etiraz əlaməti olaraq Goranboy icra hakimiyyətinə gəlib. İcra hakimiyyətinin əməkdaşları onu sakitləşdirməyə çalışdıqları vaxt hadisə yerinə gələn Məhəmməd Məmmədovu görən Qasımov onu atəş açacağı ilə hədələyib. Lakin Qasımov tərksilah olunub və polis əməkdaşları tərəfindən həbs edilib.
2 İyul, 2011 14:34 ⁄ Baxılıb: 1004
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |