Simsar.az | bizi özünüzə Simsar bilin
Dirildi yenə öldü-ŞOK

Həkim ona səhv diaqnoz qoyub

49 yaşlı qadın, onun üçün dua edən və onu dəfn etməyə hazırlaşan qohumlarını görəndə, keçirdiyi şokdan ölüb. Simsar.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Kazandan olan Faqilya Muxametzyanova iki dəfə öldü – ikinci dəfə son olaraq ürək tutmasından. Hər kəs, öldüyü zənn edilən qadının tabutu yanında dua edərkən, gözlənilmədən qadın oyanıb və nə baş verdiyini anladığından bərk qışqırmağa başlayıb.  
Onu dərhal hospitala qaytarsalar da artıq gec çox olub və qadın 12 dəqiqə sonra ölüb.

Sən demə xəstəxanada qadinin vəfatını təsdiq edən həkimlər səhv ediblər. Əslində o, məhz sonradan yasında gördüklərindən böyük şok keçirərək ölüb.
Mərhumun həyat yoldaşı isə belə deyib: “Biz onun sağ olduğunu görəndə dərhal intensiv terapiya bölməsinə çatdırdıq. O, cəmi 12 dəqiqə yaşayıb artıq bu dəfə əbədi olaraq öldü. Həkimlər onun öldüyünü dedikləri zaman , o, hələ sağ imiş və onu xilas etmək mümkün idi.

Elnarə




1 İyul, 2011  23:13 Baxılıb: 1451

Bu bölmədə