Simsar.az | bizi özünüzə Simsar bilin
FERNANDEZ BEŞİKTAŞDA QALACAQ

Beşiktaşın keçən mövsüm Valensiyadan icarəyə götürdüyü təcrübəli futbolçu Fernandezin Beşiktaşda qalacağı açıqlandı.

Beşiktaşın keçən mövsümün ortalarında Valensiyadan icarə olaraq heyətinə qatdığı portuqaliyalı futbolçu Fernandezi tamamilə transfer etmək üzrədir. Lig TV-də yer alan xəbərdə Beliktaş rıhbırliyinin futbolçunu yaxın günlərdə Türkiyəyə dəvət edəcəyi və transfer məsəllərini həll edəcəkləri qeyd olunub. Xəbərdə eyni zamanda, Fernandezə veriləcək illik məbləğin 1.7 milyon avrodan, 2.250 milyon avroya qədər qaldırılacağı da vurğulanıb. Beşiktaşın futbolçunun transferi qarşılığında isə, Valensiyaya 2 milyon avro ödəyəcəyi də yayılan xəbərlər arasındadır.

Xatırladaq ki, Fernandez liqanın son qarşılaşmalarında göstərdiyi oyunla klub rəhbərliynin rəğbətini qazanmış və belə bir qərar verməyə gətirib çıxarmışdır.

1 İyul, 2011  19:55 Baxılıb: 1190

Bu bölmədə