Simsar.az | bizi özünüzə Simsar bilin
ERMƏNİSTAN MÜXALİFƏTİ MİTİNQ KEÇİRİB

Növbədənkənar seçki və dialoq tələb edilib

Ermənistan müxalifəti yenə küçələrə çıxıb.

Minlərlə müxalifət tərəfdarı paytaxt Yerevandakı Azadlıq meydanına toplanıb.

Erməni Milli Konqresinin sədri və keçmiş prezident Levon Ter Petrosyan iqtidardan demokratikləşmə istiqamətində addımlar atılmasını və müxalifətlə dialoq qurulmasını tələb edib.

İqtidarın legitim olmadığına dair fikirlərin səsləndiyi mitinqdə dərhal növbədənkənar seçkilərin keçirilməsi və legitim hökumətin formalaşdırılması tələbləri də səslənib.

Müxalifətlə dialoqun dərhal başlamasını tələb edən çıxışçılar əks təqdirdə ölkədə Misir və Tunisdəki kimi hadisələrin yaşanacağını bildiriblər.

Müxalifətin növbəti mitinqi avqustun 1-də keçiriləcək.

1 İyul, 2011  18:30 Baxılıb: 1031

Bu bölmədə