Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda ənənəvi hadisə hansıdı?

Kəmaləddin Heydərov deyir ki, bu idmandı

“Sərhədçi” Olimpiya İdman Mərkəzində 2012-ci il London Olimpiadasında iştirak üçün taekvondo üzrə lisenziyalı dünya təsnifat turnirinin təntənəli açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, ölkə təmsilçilərinin və hakimlərin zala dəvət olunmasından sonra rəsmi hissə başlanıb.

Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Vo Ço turnirin yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib, gənc taekvondoçulara idman uğurları arzulayaraq, layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulayıb.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənəvi hal aldığını, respublikamızın idman ölkəsi kimi tanındığını vurğulayaraq deyib: “Bakıda bir sıra mötəbər yarışları uğurla təşkil etdiyimizə görə London Olimpiadasına vəsiqə verən lisenziya turniri keçirmək bizə etibar olunub. Əminəm ki, bu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə taekvondonun inkişafına yeni təkan verəcək”.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün Azərbaycanın idman həyatında daha bir əlamətdar hadisənin - gənclər arasında taekvondo üzrə lisenziyalı beynəlxalq turnirin açılışının şahidi oluruq: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanıb”.

1 İyul, 2011  16:54 Baxılıb: 1172

Bu bölmədə