Simsar.az | bizi özünüzə Simsar bilin
AZAL-MİNSK: START HEYƏTLƏRİ AÇIQLANDI

Bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimizdən AZAL avrokubokların yeni mövsümünün açılışını edəcək.

Birinci təsnifat mərhələsində mübarizəyə başlayan paytaxt klubu rəqibi olan Belarus “Minsk”i ilə ilk matçına evdə çıxacaq. 

Qeyd edək ki, əslində püşkə görə klubumuz ilk matçını səfərdə keçirməliydi. Lakin UEFA bir ölkə təmsilçisinin eyni vaxtda bir şəhərdə oynamasına imkan vermədiyindən, AZAL-ın “Minsk”lə dueli avtomatik olaraq Bakıya salındı ki, cavab görüşləri zamanı həmin qanunauyğunluq pozulmasın.

Nazim Süleymanovun komandası avrokuboklarda elə də böyük təcrübəyə malik deyil. Paytaxt klubu indiyə qədər sadəcə bir dəfə ölkəmizi qitəmiqyaslı turnnirlərdə təmsil etmək hüququ qazanıb ki, onda da Avropa Liqasında debüt edən “təyyarəçilər” mərhələ adlaya bilməyib. Amma bu dəfə AZAL-dan da uğur gözləyənlər çoxdu. Çünki “Minsk”in ümumiyyətlə beynəlxalq oyun təcrübəsi yoxdu. Özü də əsası 2006-cı ildə qoyulan paytaxt təmsilçisinin cəmi 5 yaşı var və qısa tarixi ərzində ilk dəfə Avropa Liqasında çıxış etmək hüququ qazanıb.

1 İyul, 2011  04:33 Baxılıb: 1070

Bu bölmədə