Simsar.az | bizi özünüzə Simsar bilin
Quba Olimpiya Kompleksində faciə

11 yaşlı oğlan hovuza kəllə vurdu, dəmirə dəydi

Bu gün saat 10.55-də Quba Olimpiya İdman Kompleksində faciə baş verib. Quba Rayon Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardımının həkimi Şahverdi Məmmədovun Simsar.az-ın bölgə müxbirinə verdiyi məlumata görə, kompleksdəki hovuza üzməyə gələn 11 yaşlı Ələkbərov Pərviz Ramiz oğlu suya baş vuran zaman dəmir boruya çırpılıb

Hadisə yerinə gələn Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Xidməti P.Ələkbərovun həyatını xilas edə bilməyib. P.Ələkbərov Quba rayon polis şöbəsinin serjantı Ramiz Ələkbərovun oğludur.

Faktla bağlı araşdırma gedir.

EMİN

30 İyun, 2011  18:52 Baxılıb: 1113

Bu bölmədə