Simsar.az | bizi özünüzə Simsar bilin
FHN dəhşətli qəzaya reaksiya

Fövqəladə Hallar Nazirliyi iyunun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 2 "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində, hər iki nəqliyyat vasitəsi yanıb, sürücülər və 3 sərnişin yaralanıb, avtomobillərdən birində olan 4 nəfər isə həlak olub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı Aydan Fəzail qızı Babayeva, Xanım Fəzail qızı Babayeva, Nicat Vüsal oğlu İbrahimov və 1955-ci il təvəllüdlü Nərminə Hüseyn qızı İbrahimovanın cəsədləri aşkarlanıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər qeyd olunan şəxslərin cəsədlərini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 00:01-də başa çatıb.

30 İyun, 2011  18:35 Baxılıb: 1008

Bu bölmədə