Simsar.az | bizi özünüzə Simsar bilin
DÜŞMƏN AZƏRBAYCAN ƏSGƏRİNİ YARALADI

Hadisə Naxçıvanda olub

Simsar.az-ın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda qeydə alınıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, 2010-cu ilin oktyabrında Şərur Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Sərxan Azər oğlu Əhmədov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Onun vəziyyət orta ağır qiymətləndirilir.

30 İyun, 2011  15:24 Baxılıb: 1069

Bu bölmədə