Simsar.az | bizi özünüzə Simsar bilin
Xalq rəssamı vəfat etdi

Onun 82 yaşı var idi

Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəfzadə iyunun 29-da 82 yaşında vəfat edib. 



1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib.

Kamil Nəcəfzadə 1955-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb, 40-a yaxın bədii filmin tərtibatçısı olub, müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub.

30 İyun, 2011  04:22 Baxılıb: 1122

Bu bölmədə