Simsar.az | bizi özünüzə Simsar bilin
Canavarın dişlədiyi şəxs quduzluğa yoluxub

Şəkinin Küngüt kənd sakininin vəziyyəti yaxşı deyil

İyunun 8-də Şəkinin baş Küngüt kəndində heyvanlara və çobanlara hücum edən canavarın quduz olduğu aşkarlanıb. Simsar.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, öldürülən yalquzağın baş hissəsi analiz üçün quduzluq əleyhinə laboratoriyaya göndərilib və onun quduz olduğu məlum olub. 
Canavarın hücum edərək yaraladığı dörd Küngüt sakininin üçünün vəziyyəti normal olsa da, biri hələ də Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur. Xəstəxananın baş həkimi Arif Səmədov xəstənin quduzluğa yoluxduğunu deyib. Onun sağalması üçün Bakıdan təcili-tibbi yardım maşını Şəkiyə yola düşüb.
ELXAN

29 İyun, 2011  17:56 Baxılıb: 1064

Bu bölmədə