Simsar.az | bizi özünüzə Simsar bilin
MESSİ: “ƏSLA REAL MADRİDƏ GETMƏRƏM”

Barselonanın ulduz futbolçusu Lionel Messi gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verdi.

Barselonanın ulduz futbolçusu Lionel Messi gələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verdi.

Katalon klubunun argentinalı ulduz futbolçusu Lionel Messi Barselonadan ayrılacağı təqdirdə, əsla Real Madridə getməyəcəyini və karyerasını ölkəsində başa vurmağı planlaşdırdığını açıqladı.

Argentina yığmasının tərkibində Copa Americaya hazırlıqları davam etdirən Messi El Pais qəzetinə verdiyi müsahibədə: “Əgər bir gün Barsadan ayrılsam, karyeramı yalnız Argentinada davam etdirməyi düşünürəm. Luis Fiqo və Ronaldo kimi futbolçuların etdikləri hərəkətləri etmərəm. Avropada Barselonadan başqa heç bir klubun formasını geyinməyi düşünmürəm.” Deyə bildirdi.

29 İyun, 2011  14:07 Baxılıb: 1253

Bu bölmədə