Simsar.az | bizi özünüzə Simsar bilin
Hava qeyri sabit olacaq

Dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. 

Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 29-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2-3 gün ərzində arabir güclənən şimal küləyinin əsəcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

29 İyun, 2011  13:51 Baxılıb: 986

Bu bölmədə