Simsar.az | bizi özünüzə Simsar bilin
DAHA BİR POLKOVNİK İŞDƏN ÇIXARILIB

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsində kadr dəyişikliyi olub

Bu barədə Baş Mühafizə İdarəsindən bildirilib.

Baş Mühafizə İdarəsinin Həyati Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polis polkovniki Tapdıq Osmanov işdən çıxarılıb. Onun təqaüdə göndərildiyi bildirilir. Xaçmaz Rayon Mühafizə İdarəsinin rəisi, polis mayoru İmran Mahmudov həmin alayın komandiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Yaşar Əliyev bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

28 İyun, 2011  22:50 Baxılıb: 1170

Bu bölmədə