Simsar.az | bizi özünüzə Simsar bilin
MUROVDA 4 ƏSGƏRİMİZİN YOXA ÇIXMASI XƏBƏRİ YAYILIB

4 əsgərimizin yoxa çıxması xəbəri yayılıb

Azərbaycan Silahlı Qüvvələrinin Murovdakı “N” saylı hərbi hissəsinin dörd əsgərlərinin yoxa çıxması haqda məlumatlar yayılıb. 


Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, dünən axşam ön xəttə 4 əsgər müəmmalı şəkildə yoxa çıxıb. Bununla bağlı artıq Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarının ora getdikləri də deyilir. Yayılan məlumatda əsgərlərin düşmən tərəfə keçdikləri ilə yanaşı onların düşmən tərəfindən əsr götürüldüyü haqda söz-söhbətlər dolaşır. Məlumatın düzgün olub-olmamasını dəqiqləşdirmək üçün gün ərzində dəfələrlə Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmayıb, telefon zənglərimizə cavab verilməyib. Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənmək haqda səylərimizi davam etdiririk və qeyd olunan nazirlikdən yayılan bu məlumata operativ reaksiya verilməsini istəyirik.

Onu da qeyd edək ki, iyunun 24-də, yəni Ermənistan və Azərbaycan prezidentlərinin Kazanda görüşdüyü gün erməni saytları 4 əsgərin Azərbaycan hərbçiləri tərəfindən əsir götürüldüyü barədə məlumat yaymışdılar. Sonradan bu məlumat ermənilərin özləri tərəfindən təkzib olundu.

musavat.com

28 İyun, 2011  22:37 Baxılıb: 1137

Bu bölmədə