Simsar.az | bizi özünüzə Simsar bilin
III İXTİSAS QRUPUNUN İMTAHANI NƏ VAXTDIR?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 3-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın rəsmi saytında verilən məlumatda bildirilir ki, imtahana qatılmaq üçün ərizə vermiş abituriyentlər iyunun 27-dən etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər.

I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər.

II və IV ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcəkdir.

28 İyun, 2011  21:40 Baxılıb: 1171

Bu bölmədə