Simsar.az | bizi özünüzə Simsar bilin
XƏZƏR LƏNKƏRAN"IN KOSOVO KLUBU İLƏ OYUNU LƏĞV OLUNUB

Səbəb siyasi amillərdir

Bu gün (28 iyun) Bakı vaxtı ilə saat 21:00-da Lənkəranın “Xəzər Lənkəran” futbol klubu növbəti yoldaşlıq görüşü keçirməli idi. Avstriyada baş tutması gözlənilən yoldaşlıq görüşündə komandamızın rəqibi Kosovanın “Trepça” klubu olacaqdı."Deyerler.orq" eksklüziv olaraq xəbər verir ki, həmin oyun ləğv olunub. Belə ki, "Xəzər Lənkəran" Kosovo "Trepça"sı ilə oynamayacaq. 


Buna səbəb siyasi məsələlərdir. Qeyd edək ki, Azərbaycan hökuməti Kosovanı müstəqil dövlət olaraq tanımır və onu Serbiyanın tərkibi kimi qəbul edir.
Bu yoldaşlıq görüşünün Azərbaycanın xarici siyasətinə uyğun olmadığını nəzərə alınaraq belə bir qərar qəbul olunub. Xarici İşlər Nazirliyindən "deyerler.org"a bildirilib ki, XİN-in məsələyə müdaxiləsindən sonra “Xəzər Lənkəran” futbol klubu ilə Kosovanın “Trepça” klubunun oyunu ləğv olunub. Oyunun ləğv edilməsi xəbəri “Xəzər Lənkəran” klubu tərəfindən rəsmən təsdiqlənib.

28 İyun, 2011  21:35 Baxılıb: 1657

Bu bölmədə