Simsar.az | bizi özünüzə Simsar bilin
FİFA-DAN TARİXİ QƏRAR

FİFA Azərbaycan və Ermənistan yığmaları ilə bağlı qərar verib

FİFA 2014-cü ildə Azərbaycan və Ermənistan milli komandaları ilə bağlı qərar qəbul edib. Dünya ali futbol qurumu bu 2 yığmanı DÇ-2014-də ayrı-ayrı qruplara salmağı məqsədəuyğun sayıb. Rusiya və Gürcüstan yığmaları da həmin məsul yarışda bir qrupa düşməyəcək. FİFA bunu ölkələr arasında siyasi vəziyyətlə əlaqədar UEFA-nın xahişi əsasında qəbul edib. UEFA FİFA-ya bu istəklə bağlı müraciət edən yeganə qitə qurumudur. DÇ-2014-ün final mərhələsi Braziliyada keçiriləcək. Bu turnirin seçmə mərhələsinin püşkü bu ilin iyulun 30-da Rio-de-Janeyroda atılacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan milli komandaları AÇ-2008-in seçmə mərhələsində bir qrupa düşsələr də, UEFA görüşlərin məkanını onlarla razılaşdıra bilmədiyindən, oyunları ləğv etdi. Bundan sonrakı seçmə mərhələlərdə onları bir qrupa salmamaq qərara alındı.

28 İyun, 2011  16:20 Baxılıb: 1159

Bu bölmədə