Simsar.az | bizi özünüzə Simsar bilin
«Neftçi» Linkolnu alır

Azərbaycan çempionu braziliyalı ulduzu transfer edir?

Azarkeşlərinə daha bir ulduz futbolçu söz verən "Neftçi" uzun müddətdi danışıqlar apardığı futbolçunun adını gizli saxlayır. Həmin oyunçunun kifayət qədər tanınmış sima olduğu, "Böyük beşlik"də oynadığı deyilir. Lakin "Neftçi" hələ də bu futbolçu ilə anlaşma əldə edə bilməyib. Bu səbəbdən hələ də söz verilən supertransfer baş tutmayıb.
Bu gün "Neftçi" haqqında daha bir şok iddia irəli sürülüb. Adının çəkilməsini istəməyən mənbə Fanat.az-a açıqlamasında "Neftçi"nin transfer etməyə çalışdığı braziliyalının adını açıqlayıb. Mənbənin iddiasına görə, Azərbaycan çempionu azarkeşlərimizin "Qalatasaray"dakı çıxışından tanıdığı Kassio Linkolnu transfer etmək istəyir. Danışıqların artıq yekunlaşmaq üzrə olduğu deyilir və müqavilənin yaxın günlərdə bağlanacağı gözlənilir.
Xəbəri hələ ki, başqa mənbələrlə və "Neftçi" rəhbərliyi ilə dəqiqləşdirmək mümkün olmayıb. Qeyd edək ki, tam adı Linkoln Kassio de Souza Suares olan futbolçu 1979-cu ilin 22 yanvarında Braziliyanın San Bras do Suaçuy şəhərində dünyaya gəlib. 32 yaşlı hücumameylli yarımmüdafiəçi "Atlktiko Mineiro" klubunun yetirməsidi. 1989-1997-ci illərdə bu komandan aşağı yaş qrupları üzrə komandalarında çıxış edib və 18 yaşında - 1997-ci ildə əsas heyətə yüksəlib. 2001-ci ildədək "Atlktiko Mineiro"nun heyətində 49 oyun keçirib və 4 qola imza atdıqdan sonra Almaniyaya üz tutub. 2001-2004-cüillərdə "Kayzerslautern"də 53 oyun keçirib 12 qol vuran futbolçu 2004-də "Şalke 04"ə keçib. Bk komandanın heyətində 83 oyunda 20 dəfə fərqlənən Kassio 2007-ci ildə "Qalatasaray"a transfer olunub. Türkiyədə medianın və ictimaiyyətin təzyiqinə tab gətirə bilməyən Linkoln 42 oyunda 13 qol vurduqdan sonra - 2010-cu ildə vətəninə üz tutaraq "Palmeyras"la anlaşıb. Braziliyada 37 oyun keçirib 6 qola imza atan futbolçu 1999-cu ildə 2 dəfə ölkə U-23-nə çağırılıb.
2004-cü ildə "Şalke 04"lə UEFA İntertoto Kubokunun qalibi olan futbolçu bir il sonra Almaniya Liqa Kubokunu qazanıb. Linkoln 2008-ci ildə Türkiyə çempionatının və kubokunun qalibi olub.
Onu da qeyd edək ki, bundan əvvəl "Neftçi"nin "Barselona"nın belaruslu ulduzu Aleksandr Qlebi tranasfer edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

28 İyun, 2011  16:14 Baxılıb: 1167

Bu bölmədə