Simsar.az | bizi özünüzə Simsar bilin
ŞENOL GÜNEŞ: “BİR SIRA VACİB OYUNÇULARIMIZI İTİRDİK”

Trabzonsporun təcrübəli baş məşqçisi Şenol Güneş keçirdiyi mətbuat konfransında bir sıra məqamlara toxundu.

Keçən mövsüm sonuncu həftəyə kimi çempionluq uğrunda mübarizə aparan Trabzonsporun baş məşqçisi Şenol Güneş yeni mövsüm ərəfəsində keçirdiyi ilk mətbuat konfransında bir sıra vacib məsələlərə toxundu. Güneşin vurğuladığı ən əsas məqam isə, klubun bır sıra vacib oyunçularını itirməsi oldu. Məsələ haqqında danışan Güneş belə dedi: “Həddindən artıq çox oyunçumuzu əldən verdik. Bunların içərisində bizim üçün çox vacib olan futbolçular da var idi. Təbii ki, bunun bu cür olmasını istəməzdik. Doğrudur, klubdan ayrılanların yerinə yeni transferlər reallaşdırdıq. Amma bunun nə qədər faydalı olacağını gələcəkdə görəcəyik.”

Xatırladaq ki, Trabzonspor mövsüm başa çatdıqdan sonra, Selçuk İnan, Ceyhun Gülselam, Egemen Korkmaz, Jaja, Umut Bulut kimi futbolçularının klubdan ayrılmalarına mane ola bilməmişdi.

28 İyun, 2011  04:20 Baxılıb: 1208

Bu bölmədə