Simsar.az | bizi özünüzə Simsar bilin
BEŞİKTAŞIN YENİ TRANSFERLƏRİ ARTIQ TÜRKİYƏDƏ

Beşiktaşın heyətinə qatdığı iki portuqaliyalı futbolçu, Sidney və Bebe Türkiyəyə gəldilər.

Beşiktaş rəhbərliyinin kirayə olaraq Mançester Yunaytetdən transfer etdiyi Bebe və Benfikadan transfer etdiyi Sidney yeni klublarının heyətinə qatılmaq üçün Türkiyəyə gəldilər. Hər iki futbolçu da verdikləri müsahibədə Beşiktaşa gəldikləri üçün xoşbəxt olduqlarını və uğurlu bir mövsüm keçirəcəklərini bildirdilər.

BEBE: “Beşiktaşın böyük və hər zaman uğurlar qazanmaq üçün mübarizə aparan bir klub olduğunu bilirəm. Mən də yeni klubumda uğurlar qazanmaq üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam. Beşiktaşda məndən başqa, bir neçə portuqaliyalı futbolçunun olması da bizim üçün müsbət bir amil olacaq və komandaya tez bir zamanda uyğunlaşmağımıza kömək edəcək.”

SİDNEY: “Beşiktaşda forma geyinmık üçün səbrisizlənirəm. Türk futbolunun daim inkişafda olduğunu bilirəm. Beşiktaşda oynadığım müddətcə, əlimdən gələn hər şeyi edəcəyimə inanıram”

27 İyun, 2011  19:59 Baxılıb: 1219

Bu bölmədə