Simsar.az | bizi özünüzə Simsar bilin
Cüdoçumuz erməniyə qalib gəldi

Yeniyetmə cüdoçular arasında AÇ-nin ilk günündə komandamız 3 medal qazanıb

Maltanın Kottonera şəhərində yeniyetmələr arasında Avropa çempionatına start verilib. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, qitə birinciliyinin ilk günü Azərbaycan yığması üçün uğurlu keçib. 

Komandamız İsgəndər Talşınski (55 kq), Elbrus Zamanov və Rəşad Rufullayev (60 kq) aktivlərinə bürünc medal yazdırıblar. Rəşad Rufullayevin medala gedən yolu xüsusilə yaddaqalan olub. Belə ki, yeniyetmə cüdoçumuz ilk görüşündə Ermənistan nümayəndəsi Arsen Kazaryanı sıradan çıxarıb.

Digər cüdoçularımızdan Sadıq Məhərrəmov (-50 kq) 5-ci, Gəncəli Mirsədi (-50 kq) və Fəqan Quluzadə (-60 kq) isə yarışın yeddincisi olub.

Xatırladaq ki, iyunun 24-də start götürən Avropa çempionatına iyunun 26-da yekun vurulacaq.

25 İyun, 2011  16:30 Baxılıb: 1106

Bu bölmədə