Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı biznesmen güllələndi

Bazar üstündə qırğın

Sankt-Peterburqun Frunze rayonunda, Belı Kuna küçəsində 59 yaşlı Azərbaycan əsilli şəxs güllələnib.

Simsar.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, boynu və sinəsinə 3 güllə dəyən həmint şəxsin cəsədi bu gecə saat 00:45 radələrində Belı Kuna küçəsində yaşadığı evin yaxınlığında aşkarlanıb. 

Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqdakı Azərbaycan diasporunun liderlərindən olan Vaqif Məmşov “vesti.az”-a açıqlamasında deyib ki, 1962-ci ildə Gürcüstanın Soğanlı kəndində anadan olan Şəmistan adlı həmin şəxsin oğlanları avtomobil biznesi ilə məşğuldur. Şəmistan Sankt-Peterburqda nüfuzlu şəxslərdən biri olub. Vaqif Məmişov Şəmistanın avtomobil biznesi ilə bağlı qətlə yetirilməsini də real saymayıb.

Vaşif Məmişov Şəmistanın yaxınlarının söylədiklərinin də bunu sübut etdiyini vurğulayıb. Şəmistana bu yaxınlarda Sankt-Peterburqun Sofiya bazarında ticarətlə məşğul olan satıcılar müraciət ediblər. Bu bazardakı satıcıların da əksəriyyəti azərbaycanlılardır: “Satıcılar Şəmistana deyiblər ki, bəzi kriminal elementlər onlardan rüsum almaq istəyirlər. Biz həmin qrupların Qafqaz, yoxsa slavyan əsilli olduğunu bilmirik. Satıcılar Şəmistandan onları müdafiə etməyi xahiş ediblər. Tezliklə Şəmistan satıcıları incidən həmin şəxslərlə görüşüb. Az sonra da öldürülüb. Biz şübhələnirik ki, bu birinci ölüm olsa da, sonuncu ölüm olmayacaq. Çünki Sofiya bazarında nüfuz uğrunda mübarizə gedir”.

24 İyun, 2011  21:31 Baxılıb: 1187

Bu bölmədə