Simsar.az | bizi özünüzə Simsar bilin
Sadə Smaylın dünyanı silkələyən gülüşü

“ İnsanlıq və incəsənət tarixində hələ elə bir əsər olmayıb ki, insanlara bu qədər xoşbəxtlik, sevinc və həzz gətirə bilsin”

Məşhur smaylı – insanlarda gülüş yaradan şəkil dizayner Harvey Bellinin kəşfidi. Şən smayl iki sığorta kompaniyalarının vahid bir nəhəng şirkətə çevrildiyi çətin bir zamanda dunyaya gəlib. 

Hadisə belə olub: Birləşmə nəticəsində gündəmə ixtisarlar və aydın olmayan vəzifələr fəlir. Yeni nəhəngin işçiləri ruh düşgünlüyü yaşamağa başlayır və şirkətin məhsuldarlığı aşağı düşür. Rəhbərlik yaxşı əhval-ruhiyyə bəxş edən aksiya keçirmək fikrinə düşür. Bu aksiya üçün simvolu çəkmək şirkətin rəssamı Harvey Bellə həvalə edilir.

Rəssam 1963-cü il dekabrinda 10 dəqiqə ərzində və cəmi 45 dollara şən sifət çəkir. Bu eskiz üzrə döş nişanları hazırlanır və bütün işçilərə paylanır. Həmin vaxtdan şəkil “smaylik” adını daşımağa başlayır (smayl- təbəssüm).

Harvey Bellin ixtirası haqqında dediklərindən: “ İnsanlıq və incəsənət tarixində hələ elə bir əsər olmayıb ki, insanlara bu qədər xoşbəxtlik, sevinc və həzz gətirə bilsin. Belə asanlıqla yaranan və hər kəsə aydın olan ikinci bir şey olmayıb”.

Bell özünü xoşbəxt və şən hesab edirdi. O, 2001-ci il, 79 yaşında dünyasını dəyişib.

Harvey Bell tərəfindən yaradılmış “World Smile Corporation”-u hazırda onun oğlu idarə edir. O, korporasiyanın ticarət markasının kim tərəfindən və nə cür istifadə edildiyini diqqətdə saxlayır: “Bizim missiyamız məhsulları Harvey Ball Siqnature Smiley markası altında yaradıb, satmaq və lisenziyalamaqdır. Məhsulun orijinallığına Harvey Bellın imzası zəmanət verir”.

Maraqlısı odur ki, bu “şən” məhsuldan alınan gəlir vergilər ödənildikdən sonra bütünlüklə xeyriyyə işlərinə sərf olunur. Şirkətin rəhbəri deyir: “ Biz bütün dünya uşaqlarına kömək edirik. Smayllardan istifadə edən heç bir başqa korporasiya bunu etmir”.

Harvey Bell həmçinin 1 oktyabr - Ümümdünya Təbəssüm Gününün yaradıcısıdır.


Elnarə Hənifəyeva

23 İyun, 2011  17:03 Baxılıb: 5800

Bu bölmədə