Simsar.az | bizi özünüzə Simsar bilin
“Azadlıq” meydanına giriş-çıxış bağlandı

Bu gün səhər saat 6-dan etibarən Bakının ən böyük və möhtəşəm meydanı olan “Azadlıq” meydanına giriş-çıxış bağlanılıb.

Simsar.az-ın məlumatına görə, meydana aparan bütün yollar yol polisləri tərəfindən bağlanılıb. Əraziyə xeyli sayda post patrul maşınları cəlb olunub.

Həmçinin səhər saatlarından etibarən meydanda hərbi paradla əlaqədar son tamamlama işlərinə başlanılıb. Havanın yağmurlu olmasına baxmayaraq ərazidə iş tam gücü ilə davam etdirilir.

Qeyd edək ki, 26 iyun tarixində Bakıda Azərbaycan ordusunun yaranmasının 93-cü ildönümünə həsr olunmuş hərbi parad keçiriləcək. Paradla əlaqədar Bakı şəhər Yol Polisi İdarəsi bir neçə gün əvvəl məlumat yayaraq sürücülərdən şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələrini xahiş etmişdi.

23 İyun, 2011  13:56 Baxılıb: 1301

Bu bölmədə