Simsar.az | bizi özünüzə Simsar bilin
AZAL-ın erməni rəqibi danışdı

"Avropa Liqasına məğlub olmaq üçün vəsiqə qazanmamışıq"

"Rəqibimiz mənə tanış deyil. "Olimpik" (UEFA AZAL-ı keçmiş adı ilə tanıyır) haqqında informasiya toplamağa çalışacağıq". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın Avropa Liqasındakı rəqibi "Minsk"in erməni futbolçusu Andrey Xaçaturyan deyib.
Erməni əsilli futbolçu Azərbaycan futbolu barədə fikirlərini bildirib: "Hələ kimin püşkdə bəxtinin gətirdiyini demək olmaz. Azərbaycan sovet futbolunun yetirməsidi. Onların sabit, möhkəm komandası var. Azərbaycan çempionatında yaxşı legionerlər var. Amma biz də Avropa Liqasına məğlub olmaq üçün vəsiqə qazanmamışıq".
Qeyd edək ki, erməni əsilli Andrey Xaçaturyan 1987-ci ildə Minskdə dünyaya gəlib. 2004-2010-cu illərdə "Minsk"də oynayan futbolçu 2010-cu ildə Rusiyanın "Jemçujina" (Soçi) klubuna keçib. Bu il isə "Minsk"ə icarəyə verilib. O, 2006-cı ildə 3 dəfə Belarus U-19-na çağırılıb.

23 İyun, 2011  03:00 Baxılıb: 1366

Bu bölmədə