Simsar.az | bizi özünüzə Simsar bilin
İSMAYILLININ BİR NEÇƏ KƏNDİNİ SEL BASIB

İsmayıllı rayonunun bir neçə kəndinə təbii fəlakət ciddi ziyan vurub

Rayon sakinlərinin verdiyi məlumata görə, bir neçə saatdır ki, Qalacıq, İstisu, Çayqovuşan, Buynuz kəndlərinə yağan güclü leysan yağışlar kəndlərin təsərrüfatına, yaşayış sahələrinə ciddi ziyan vurub. Leysan yağış hazırda davam edir.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov Trend-ə bildirib ki, yağan leysan yağışlar adıçəkilən kəndlərdəki yolları, körpüləri yuyub aparır. Kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda leysan yağışlar davam etdiyindən təbii fəlakətin vurduğu ziyanın qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.

23 İyun, 2011  02:34 Baxılıb: 1204

Bu bölmədə