Simsar.az | bizi özünüzə Simsar bilin
Yevlaxa qurbağa yağdı

Uşaqlar mağazalarda gizləndi

Azərbaycanda son anomal keçən iqlim şəraiti bir sıra fəsadları ilə yadda qaldı. Hidrometroloqlar belə havaların hələ davam edəcəyini bildirirlər. 

Simsar.az-ın bölgə əməkdaşının məlumatına görə, ötən gün Yevlax şəhərində yağan yağış təbiətdə az hallarda baş verən hadisə ilə müşayət olunub.

Bir neçə saat yağan yağış kəsilməsinə təxminən beş dəqiqə qalmış özüylə qurbağalar gətirib. Həmin vaxt uşaqları ilə küçədə olan valideynlər bu hadisəni görüb qorxmasınlar deyə, uşaqlarını mağazada gizlətməyə məcbur olublar.

22 İyun, 2011  20:01 Baxılıb: 1318

Bu bölmədə