Simsar.az | bizi özünüzə Simsar bilin
Yenə həkimlər sınaq qarşısında

Proses 6 aydan çoxdur davam edir

Bu gün Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanları keçirilir

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, test imtahanı laboratoriya işi ixtisası üzrə təşkil olunub.

Xatırladaq ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvarında start verilib. İmtahanda 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilir.

22 İyun, 2011  19:06 Baxılıb: 1196

Bu bölmədə