Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın vaxtı quruldu

Azərbaycanın etalon vaxtı Dövlət Komitəsinin saytında yayımlanmağa başladı

Azərbaycan Respublikasının Dövlət ilkin Vaxt və Tezlik etalonunun təyin etdiyi etalon vaxt Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində - “www.azstand.gov.az” saytında yayımlanmağa başlayıb.


Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, hazırda etalon vaxtın Azərbaycan Respublikasının dövlət orqanlarına, digər maraqlı müəssisə və təşkilatlara ötürülməsi ilə bağlı işlər gedir.


Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir. Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antena ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

22 İyun, 2011  17:28 Baxılıb: 1311

Bu bölmədə