Simsar.az | bizi özünüzə Simsar bilin
ŞEYX QUDASININ HƏBSİNDƏN NARAHAT DEYİL

“Mənim qudam olmur, kim olur olsun. Qanun qarşısında hər kəs cavabdehdir”

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə qudası, məşhur iş adamı Əli Evsenin həbs olunmasına münasibət bildirib.  

A.Paşazadə Simsar.az saytına müsahibəsində bildiirb ki, o, heç vaxt qudalarının işinə müdaxilə etməyib: “Mən öz ailəmə cavabdehəm. Ailə deyəndə ora təbii ki, mənim gəlinim və digər övladlarım da daxildir. Amma kimsə, tutaq ki, lap elə mənim qudalarım haradasa bir iş görürsə, onun məsuliyyətini də özləri daşıyır. Onlar hər hansı bir günah işinə görə də qanun qarşısında özləri cavab verməlidir. Mənim qudam olmur, kim olur olsun. Qanun qarşısında hər kəs cavabdehdir. Yəni bunların fəaliyyətini mənim adımla bağlamaq etik cəhətdən düzgün deyil axı. Mən qudalıqdan imtina etmirəm. Sadəcə mənim belə şeylərə ehtiyacım yoxdur”.


Əli Evsen İspaniya polisi tərəfindən ötən həftə Madriddə həbs olunub. O, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxını olan misirli iş adamı ilə birlikdə ictimai sərvətləri talama, rüşvətxorluq, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

İttihama görə, Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen isə Mübarəkin çirkli pullarının yuyulmasında kuryerlik edib, pulları öz şirkətlərinin hesabları üzərindən eks-prezidentin adamlarına göndərib. İspaniya məhkəməsi Əli Evsen üçün 18 milyon avro girov müəyyən edib.

RUSLAN

22 İyun, 2011  16:08 Baxılıb: 1787

Bu bölmədə