Simsar.az | bizi özünüzə Simsar bilin
Bayraq yenidən endirildi

Bakıdakı külək Dövlət Bayrağı Meydanını da silkələdi

Azərbaycanın Dövlət Bayrağı Meydanında bayraq yenidən endirilib. Buna səbəb dünəndən paytaxt Bakıda müşaiət olunan küləkli havadır. 

Eyni hadisə sentyabrın 1-i bayraq meydanın açılışı zaman baş vermişdi. Səhər saatlarında meydandakı bayraq güclü külək nəticəsində cırıldığı üçün endirilmişdi.

Bayraq Meydanındakı bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Azərbaycanda ucaldılan bu bayraq dünyanın ən böyük bayrağı kimi “Ginnes”in rekordlar kitabına da düşüb.

Aynurə

22 İyun, 2011  16:08 Baxılıb: 1349

Bu bölmədə