Simsar.az | bizi özünüzə Simsar bilin
Gədəbəy, Tərtər, Ağdam atəş altında

İtki yoxdur

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, düşmən bölmələri iyunun 21-də saat 16.10-dan 16.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.35-dən 13.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.25-dən 18.27-dək və 22.50-dən 22.55-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, 22.50-dən 22.55-dək və 23.40-dan 23.45-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutub.

22 İyun, 2011  13:44 Baxılıb: 1042

Bu bölmədə