Simsar.az | bizi özünüzə Simsar bilin
3 boksçumuz finala çıxdı

Ankarada Avropa çempionatı davam edir

Simsar.az-ın məlumatına görə, Salman Əlizadənin (49 kq) ardından Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) da ¼ final mərhələsini uğurla adlayıblar. 

Hacəliyev İsveç idmançısı Entoni Yigiti üstələyib - 18:14. Həmyerlimiz finala gedən yolda irlandiyalı Raymond Moylette ilə üz-üzə gələcək. Məmmədov isə Rusiyanı təmsil edən Abdulhəmid Nurməhəmmədovu 23:21 hesabı ilə məğlub edib. Yığmamızın üzvü rəqibindən çəkidə təxminən 7-8 kq yüngül olub. Məmmədovun yarış günü səhər çəkisi cəmi 83 kq olub. O, yarımfinalda almaniyalı Yohann Vitlə üz-üzə gələcək. 1/4 finalda yalnız Rahib Bəylərov (75 kq) Türkiyə boksçusu Adəm Kılıccıya uduzub. Beləliklə, 3 boksçumuz ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, artıq bir neçə gündür, Ankarada olan Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 1/4 final mərhələsinin görüşlərini izləyib.

22 İyun, 2011  15:38 Baxılıb: 1112

Bu bölmədə