MTN əməliyyat keçirib
53 min manatlıq dərman preparatı tutulub Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Anar Nazim oğlu saxlanılıb. Simsar.az-ın MTN-in rəsmi saytına istinadən məlumatına görə, müəyyən olunub ki, Anar Mustafayev müvafiq dövlət qeydiyyatından keçmədən və lisenziya almadan hazırda şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil ediblər.
21 İyun, 2011 20:12 ⁄ Baxılıb: 1173
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |