Simsar.az | bizi özünüzə Simsar bilin
Jurnalist və ailəsi güllələndi

Bir qrup naməlum şəxs jurnalistin evinə soxulub, atəş açmağa başlayıb

Meksikanın Verakrus ştatında muzdlu qatillər “Notiver” qəzetinin 55 yaşlı jurnalisti Miqel Anhel Velaskonu, eyni zamanda onun xanımı və oğlunu güllələyiblər. 

Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gecə bir qrup naməlum şəxs jurnalistin evinə soxulub, atəş açmağa başlayıb. Nəticədə Miqel Anhel Velasko, onun arvadı və oğlu aldığı xəsarətdən ölüb. “Notiver” qəzetinin baş redaktorunun müavini olan jurnalist mütəşəkkil cinayətkarlığa və narkomafiyaya qarşı mübarizə ilə bağlı reportajlarla məşhurlaşıb.

21 İyun, 2011  18:54 Baxılıb: 1114

Bu bölmədə