Simsar.az | bizi özünüzə Simsar bilin
Yağış yağacaq

Havalar soyuyur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 23-28 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərədə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 22-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

21 İyun, 2011  17:32 Baxılıb: 1055

Bu bölmədə