RUSİYADA DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI-VİDEO
52 nəfərdən 44 öldü Rusiyanın Koreliya regionunda «RusEyr» aivaşirkətinə məxsus Tu-134 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 44 nəfər ölüb. 8 nəfər sağ qalıb. Onlardan biri təyyarənin stüardessası, biri isə uşaqdır. Xəsarət alanlardan 7-nin vəziyyətinin ağır olduğu xəbər verilir. Moskvanın Domodedovo aeroportundan Petrozavodska uçan təyyarənin göyərtəsində 43 sərnişin və 9 ekipaj üzvü daxil olmaqla 52 nəfər olub. Ölənlər arasında Rusiyanın futbol üzrə çempionatının hakimi Vladimir Pettay da var. Bundan başqa, təyyarənin göyərtəsində İsveçrə vətəndaşının da olduğu müəyyən edilib. Ekipaj üzvlərindən isə yalnız stüardessa sağ qalıb.
21 İyun, 2011 17:05 ⁄ Baxılıb: 1437
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |