Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi paradın yaraşığı -“S-300” zenit-raket kompleksi

Azərbaycan ordusu bütün silahlarını nümayiş etdirmək istəyir?

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun arsenalındakı ən son model silah və hərbi texnikalar nümayiş olunacaq.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Paradda ilk dəfə olaraq Azərbaycanın Rusiyadan aldığı “S-300” zenit-raket kompleksi də nümayiş olunacaq. “S-300 PMU2” «Favorit» tipli (NATO kod adı “SA-20b” və ya “Gargoyle b”) bu zenit-raket kompleksi «Azadlıq» meydanında tribuna önündən keçəcək.

Paradda ilk dəfə olaraq yerli istehsal olan hərbi texnika və silahlar da nümayiş olunacaq.

Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı transportyorların, «Land Rover» və digər heyət daşıyan maşınların üzərində Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış «İstiqlal» snayper tüfənginin, yerli müəssisələrdə istehsal olunan 60 mm çaplı «Kommando» tipli minaatanlar və 82 mm çaplı minaatanların («Aşırım-5»), Azərbaycanın «Azad Systems» şirkətinin İsrail şirkəti ilə birgə istehsal etdiyi pilotsuz aparatların və modernləşdirilmiş BTR transportyorların nümayişi nəzərdə tutulur.

20 İyun, 2011  19:00 Baxılıb: 1433

Bu bölmədə