Simsar.az | bizi özünüzə Simsar bilin
UÇAN BOŞQAB AZƏRBAYCANDA

Gəncəlilər başını qaldırıb onu göydə görüb

Bu barədə Simsar.az-ın Qərb bürosuna Gəncə şəhər Dəmiryolçular qəsəbəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, kvadrat şəklində olan, formasını qismən dəyişən və parlaq işıq saçan obyekt iyunun 18-də 21.35 radələrində qəsəbədən cənub istiqamətdə, şəhər üzərində müşahidə edilib. Təxminən 7-10 kilometrlik məsafədən müşahidə edilən qəribə formalı parlaq işıqlı obyekt şərqdən qərbə doğru xaotik hərəkətdə olub. Bir neçə dəqiqə müşahidə olunan naməlum uçan obyekt eyni istiqamətdə hərəkət edərkən qəflətən yoxa çıxıb.

20 İyun, 2011  17:15 Baxılıb: 2648

Bu bölmədə