Simsar.az | bizi özünüzə Simsar bilin
İnsanların haqq etdiyi gün

İyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edilib

Bu gün Milli İnsan Hüquqları Günüdür. Hər il iyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı 1997-ci ildə ümummilli lider Heydər Əliyev Sərəncam imzalayıb. 

Heydər Əliyevin imzası ilə 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edilib.

Bu günlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları aylığı keçirilir. Aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

Ombudsman bu günlə bağlı çıxışlarında dəfələrlə deyib ki, həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinəvə onların problemlərinin həllinə öz töhfəsini verəcək.


Aynurə

18 İyun, 2011  18:11 Baxılıb: 1157

Bu bölmədə