Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər yenə atır və susdurulur

Atəşkəs pozuldu

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 17-də saat 20.45-dən 21.00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.45-dən 23.50-dək və 23.55-dən 00.55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.20-dən 17.22-dək, 22.45-dən 22.55-dək, iyunun 18-də saat 00.50-dən 01.10-dək və 02.20-dən 02.30-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.45-dən 03.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.20-dən 01.35-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen və Ayqovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Bala Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

18 İyun, 2011  15:50 Baxılıb: 996

Bu bölmədə